К нам обратилась мама Шахпеленги Дениза с просьбой о помощи.Малышу срочно нужно сделать операцию на желудок.Ребенок несколько дней в реанимации и нуждается в срочной помощи.Ребенок не ест и не пьёт похудел на 10 кг.Нужна срочная помощь.На операцию нужно 2000 манат.
Ссылка на тему с документами и отчет по сборам
Əziz dostlar, bazar ertəsi Sadiq Şirinov artıg evinə dönəcək inşallah . Baxmayaraq ki, kardiostimulasiya apparatının yerləşdiriləməsi bir necə min manatdır, onu Bakı Gömruk Hostiptalında təmənnasız yerinə yetiriblər, buna görə doktor Rəşad Mahmudova və Gömrük Hospitalının İdarəedici Heyyətinə böyük minnətdarlığımızı bildiririk. Kardiostimulasiya apparatını qiyməti 5500 AZN olduğu halda , onun 3700 mantını Sabina Rəhimova, qalan hissəsini isə adını bildirmək istəməyən xeyirxaq insana dərik təşəkkürümüzü bildiririk. Körpələrimiz üçün dua edən insanlarda həmişə var olsunlar ! Allah hamınızdan razı olsun !
Bu gün məni Azərbaycan Respublikasının 100 illiyi ilə bağlı təşkil olunan EFMA (European Forum of Medical Associations) dəvət etmişdilər. Forumda millət vəkili, əməkdar həkim, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri cənab Rəşad Mahmudov da iştirak edirdi. Rəşad Mahmudov Azərbaycan səhiyyəsində ürək damar cərrahiyyəsinin inkişafında xüsusi zəhməti olan şəxslərdən biridir. Məhz Rəşad Mahmudovun peşəkar cərrahi fəaliyyəti sayəsində günün bu günü Azərbaycanda minlərlə ürək hələ də döyünməyə davam edir. Rəşad Mahmudov həmçinin yüksək insani keyfiyyətlərə məxsus şəxsdir. Rəşad Mahmudov hər zaman aztəminatlı ailələrin övladlarının ürək cərrahi əməliyyatlarında daima öz köməyini göstərmiş, hətta dəfələrlə pulsuz əməliyyatlarını həyata keçirmişdir. Azərbaycan Respublikasının vətəndaşları olaraq Rəşad Mahmudov kimi səhiyyə işçiləri ilə hər zaman fəxr edib, qürur duyuruq!