Вход

Məhəbbət yolçusu

стихи, проза, рассказы, книги... обсуждаем
Ответить
LadyN
Сообщения: 19
Зарегистрирован: 26 сен 2012, 23:00
Я: человек

#1 Məhəbbət yolçusu

Сообщение LadyN »

Məhəbbət yolçusu
Nailə Şahverdi

Qocalma, Ana

İl üstə il gəlir, ötür ömürdən,
Qocalırsan əziz Ana, can Ana.
Üzündə iz qoyur yorğunluq, kədər,
Qocalma, qocalma mehriban Ana.

Sən dayaq olmusan həmişə mənə,
Həmişə ehtiyac duymuşam sənə.
Istərəm sinənə.baş qoyum yenə
Unudum hər şeyi mən o an, Ana.

Yenidən yaz gəlir, açılır güllər,
Hər seher oxuyur bağda bülbüllər.
İllərin dalınca qoy ötsün illər.
Bircə sən qocalma heç zaman, Ana

Dua

Bu gecə mən qaldım yuxusuz yenə,
Qəlbimə sığmayır kədərim, qəmim,
Qoy deyim dərdimi, İlahi, Sənə,
Cəmi iki kəlmə sözüm var mənim.

Cəmi iki kəlmə var Sənə sözüm,
Çox ağır bir yükü aparıram mən.
Bu acı qismətə mən necə dözüm,
Əzablı yolumda mənimlə ol Sən.

Ilahi, sən mənim səsimi dinlə,
Qəm yolun keçməyə qüvvə ver mənə.
Sonsuz bir kədərlə, sonsuz hüznlə
Açdım ürəyimi buyurdum Sənə.


Dostuma

Günlərin bir günü ömrümə gəldin..
Bir əziz dost kimi qapımı döydün.
Elə bil hər zaman sən mənimləydin...
O vaxtdan ürəyim sevinclə dolur,
O gündən hər günüm mənalı olur.

O vaxtdan soyuq qış çevrilib yaza,
Boranlı havalar dönüb ayaza,
Təbiət yenə də başlayıb naza,
Ömrümün bağında çiçəklər açır,
Qəlbim də Günəştək şəfəqlər saçır

Sən gəldin ömrümə çətin zamanda,
Həyata sevgimi itirən anda.
Yox idin nə yadda, nə də gümanda,
O vaxtdan sən oldun mənim sirdaşım,
Çox əziz bir insan, dostum, qardaşım



***
Urəyim doludu, nədən başlayım?
Bəlkə başlamağa haqqım da yoxdur.
Qəlbimin dərdini kimə söyləyim?
Mənim söyləməli sözlərim çoxdur.

Sükunət içində inləyir qəlbim,
Kədərin içində çırpınır ürək
Qəlbimin səsini kimə çatdırım,
Kim mənim dərdimə qulaq verəcək.

Danişsam dərdimi qurtarmaz sözüm,
Taleyim ağırdır, kədərim çoxdur.
Qismətim belədir, mən gərək dözüm,
Dözməkdən savayı əlacım yoxdur.

***
Oyandım səhər mən şirin yuxudan,
Hər yuxu nağıldı, hər nağıl yalan.
Qayıtdım elə bil öz xəyalımdan,
Hər yuxu nağıldı, hər nağıl yalan.

Yenə mən sənsizəm, hardasan ey yar?
Hacandır qoymusan məni intizar,
Təskinlik gətirmir şirin yuxular:
Hər yuxu nağıldı, hər nağıl yalan.

Bilki qəlbimdəsən, hər saat, hər an.
Bilki darıxmışam mən sənziz yaman.
Yuxuda görəydim səni hər zaman...
Hər yuxu nağıldı, hər nağıl yalan.


***+
Sənin pəncərəndə donub bir işıq,
Nə yanır, nə sönür, eləcə donub.
Mənim ürəyimdə kədər qarışıq,
Şübhələr üst-üstə toz kimi qonub.

Deyəsən baharım çevrilib qışa,
Xəyallar, arzular xəzantək soldu.
Göz yaşım dönüb bir soyuq yağışa
Yenə otağima tənhaliq doldu.

Bəlkə də işıqda yoxdur bir günah,
Bəlkə urəyindir sərt buza dönüb?
Sevgilim, sən yaşa Allaha pənah.
Mənimsə yaşamaq həvəsim sönüb.

Bağla gözlərimi

Bağla gözlərimi, deyim dərdimi.
Qaranlıq içində açılar dilim.
Bağla gözlərimi, burax əlimi,
Axan göz yaşımı üzümdən silim.

Bağla gözlərimi, görməyim səni.
Bütün qəmlərimin günahkarı sən.
Riyakar baxışın bezdirib məni
Yalançı vədlərdən usanmışam mən.

Bağla gözlərimi, qəlbimi açım.
Mənim bu dərdimə sən də gəl ağla,
Mənasız sözlərdən hara mən qaçım?
Bağla gözlərimi, əbədi bağla.

***
Xəyanət bu gecə qonağım oldu,
Bu əlvan dünyamın rəngləri soldu,
Kədərdən qəlbimə göz yaşı doldu,
Boğdum göz yaşımda məhəbbətimi.

Ayaqda saxladı məni intizar
Xəzana çevrildi sevdalı bahar.
Kədərdən göz yaşım yağış tək yağar.
Boğdum göz yaşımda məhəbbətimi

Ürəyin yerinə bağlandı bir daş,
Nə düşmən tanıdım, nə də ki sirdaş.
Doluya çevrildi gözümdəki yaş
Boğdum göz yaşımda məhəbbətimi


Məhəbbətin yolçusu

Sən məni tək qoydun sevda yolunda.
Mən səni axtardım, xeyli yoruldum.
Çox ağır bir yükü alıb çiynimə,
Mən də məhəbbətin yolçusu oldum

Xəyalım, gözlərim axtardı səni.
Soyuqda, istidə hər yeri gəzdim
İlahi qoy tapsın sevən sevəni,
Təklikdə qalmaqdan mən artıq bezdim

Etdim öz eşqimə ömrümü qurban.
Həsrətdən, kədərdən gül kimi soldum,
Aradım eşqimi zaman və zaman
Axırda məhəbbət yolçusu oldum.

Həsrət

Yenə otağıma dolub qaranlıq,
Zülmətin içində mən qalmışam tək.
Bu gecə qonağım olub tənhalıq,
Az qalır sinəmdə çatlasın ürək.

Otağım qəfəsə dönübdü mənim,
Evim də, küçəm də, gözümdə zülmət,
Böyüdü kədərim, çoxaldı qəmim,
Bu gün də gecənin yoldaşı yəsrət.

Dərdim çoxluğundan sıxılır gəlbim
otağda bir mənəm, bir də sükunət.
Təklikdə qalmağdan tükəndi səbrim,
Tənha gecələrin sirdaşı həsrət.


***
Yenidən payızdır, yenidən xazan,
Çiçəklər, yarpaqlar saralıb solur.
Gün keçir, il ötür, tələsir zaman,
Gəlbimə yağıştək qəm, kədər dolur.

Bir ilim də ötdü, çoxaldı yaşım,
Cavanlıq illərim geridə qalır,
Qocalıq da gəlir, ağarır başım,
Dərdlərim üzümdə qırışlar salır.

İl ilin dalınca qedir ömrümdən,
Bəlkə də həyatda çox səhvlər etdim
Günlərin bir günü görəcəyəm mən
Bu gözəl dünyanı tərk edib gedtim

Dost

Təklikdə qalmışdım mən uzun zaman,
Ürəyim döyündü görəndə səni.
Yaxından tanıdım, sevindim yaman,
Elə bil yuxudan oyadtın məni.

Bir gözəl nağıla çevrildi həyat,
Gül-çiçək bəzədi çölü, çəməni.
Sevindi ürəyim, qalmadı həsrət,
Yenidən həyata qaytardın məni.

Sən mənə olmusan əziz bir insan
Nə olar, heç zaman tək qoyma məni.
Mən şükür edirəm Allaha hər an,
Nə yaxşı yoluma göndərdi səni,

***
Əfsunlu baxışlar aldadtı məni
Ecazkar insana oxşadtım səni,
Veycimə almadım gəlib gedənu
Əfsunlu baxılar aldadtı məni

Mən nədən aldandım bilmirəm özüm
O şirin vədlərə nə gədər dözüm?
Kədərdən nə gədər ağlayar gözüm?
Gəl daha incitmə səni sevəni,
Əfsunlu baxışla aldatma məni

Əfsunlu baxışdan gəlbim odlanar
O gözəl sözlərə könlüm aldanar.
Vaxt keçər ürəyim səndən yadlanar,
Bir gördün ki gəlbim unudar səni
Əfsunlu baxışlar aldatmaz məni

Xəzan

Bir yarpaq ağacda etdi intihar.
Nə ağac danışdı, nə də budaqlar.
Göylərdən töküldü gəh yağış, gəh qar,
Dumana büründü çəmənlər, dağlar.

Elə bil təbiyyət rəhmətə getdi,
Bağlarda çiçəklər saralıb soldu.
Bir yarpaq ağacda intihar etdi
Gəlbimə bu zaman qəm, kədər doldu.

Yarpaqlar tökülür ağacdan hər an,
Yarpaqlar ağacda intihar edir.
Bəlkə də hardasa bax həmin zaman
Bir insan dünyanı tərk edib gedir...

. ***
Elə ki birce gün sənsiz oluram
Gündüzüm gecətək görükür mənə,
Məhəbbət bağında gül tək soluram ,
Nə üçün mən belə bağlandım sənə.

Sənə bağlanibdı seven ürəyim,
Hər səhər, hər axşam yol çəkir gözüm.
Sənsən bu dunyada arzum, diləyim,
Nə olar, tez qayid, sənə var sözüm

Nə olar tez qayid, darıxtım sənsiz
Həsrətdən ürəyim üzüldü yaman.
İlahi bir sevgi istəmişik biz,
Gəl onu yaşadaq zaman və zaman

***
Ilahi yetişdi nə gozəl məqam,
Dünyaya bir körpə gozünü açdı
Doqquz ay, doqquz gün olarkən tamam
Dünyaya bir körpə gözünü açdı

Gözlədik biz onu çox uzun zaman.
Bəhş etdi o bizə fərəxli bir an
Sevindi urəyim, sevindi yaman
Dünyaya bir körpə gozünü açdı

Heyata xoş gəlib, balaca insan,
Yaşasın həmişə xoşbəxt, firavan
Qoy onu saxlasın böyuk yaradan
Dünyaya bir korpə gozünü açdı

***
Gecenin yarıidıir, yorulmuşam mən,
Otaqda bir mənəm, bir də sükunət.
Yuxuya gedirəm, yuxuda da sən,
Ulduzlar qoynunda dincəlir həsrət.

Sən başa düşməssən heç zaman məni,
Gəlbində heç yoxdur bəlkə məhəbbıət.
Yuxuda görürəm hər dəfə səni.
Ulduzlar qoynunda dincəlir həsrət.

Yuxuda görsəydim həmişə səni,
Görüşmək səninlə yeganə fürsət
Xəyallar göylərə aparır məni,
Ulduzlar qoynunda dincəlir həsrət.

***
Ürəyim yenə də axtarır səni,
Gözlərim yoldadır, qulağım səsdə.
Nə olar incitmə bu qədər məni,
Ürəyim ağrıyır sənsiz qəfəsdə.

Nə olar heç zaman tək qoyma məni,
Qoyma ki, mən sənsiz saralıb solum.
Gözlərim qoy görsün hər dəfə səni,
Qoy səni görəndə mən xoşbəxt olum.

Sevinirdim yaman görəndə səni,
Az qala sinəmdən çıxırdı ürək.
Təklikdə saxladın xeyli vaxt məni,
Dərdlərimlə birgə qaldım təkbətək

***

Həyallar uzağa apardı məni,
Yuxusuz qalmışam səhərə gədər
Bu sevda yolunda gözlədim səni,
Üçümüz gözlədik: mən, güssə, kədər.

Bayirda küləklər sökür küçəni,
Dağıdır hər yeri ildırım, tufan.
İntizar yolunda saxladın məni,
Təklikdə saxladın bir uzun zaman..

Xəyallar uzağa apardı məni,
Yatmağa qoymadı bu gecə xiffət.
Məhəbbət yolunda axtardım səni,
Üçümüz axtardıq: mən, sevda, həsrət

***
Tələyə düşmüşdü sevgidən ürək,
Cavabsız məhəbbət, sanki qəfəsdir.
Bu sevda yolların mən gəzmişəm tək,
Vəfasızdan vəfa ummaq əbəsdir.

Mən şirin vədələr qurbanı oldum,
Nağıla inanmaq bu qədər bəsdir,
Bir incə çiçək tək saralıb-soldum,
Vəfasızdan vəfa ummaq əbəsdir.

Mən sadiq olmuşdum sevgiyə hər an,
Sədaqət adi söz, adicə səsdir.
Yetişdi həmin an, çatdı o zaman,
Vəfasızdan vəfa ummaq əbəsdir.

***
Yuxuda gördüm ki, itirdim səni,
Bu gözəl dünyanı sən də tərk etdin.
Həyat yollarında tək qoyub məni,
Bilmədim nə səbəb çıxıb da getdin.

Elə bil dayandı bir an ürəyim,
Həmin an hər tərəf qaranlıq oldu.
Ayağım altında torpaq da yandı,
O saat qəlbimə göz yaşı doldu.

Oyandım yuxudan sevindim yaman,
Sevindim yuxudur gördüyüm dəhşət.
Nə bu gün, nə sabah, nə də heç zaman,
Gəlməsin yuxuma qorxulu həsrət.

***

Bu axşam son dəfə görüşürük biz
Mən bu ayrılığın başına dönüm
Ayrılıq olarmış bizdən də əziz,
Mən bu ayrılığın başına dönüm

Səniydin ömrümə könlümə sirdaş,
Indi ki gedirsən, ged yavaş- yavaş
Söyləyir əlvida gözdən axan yaş,
Mən bu ayrılığın başına dönüm

Gözlədim yolunu uzun bir zaman,
Biz xoşbəxt olarıq elədım güman.
Hər gün, hər dəqiqə, hər saat, hər an
Mən bu ayrılığın başına dönüm


***
Doldu nədən gözlərinə qəm-kədər?
Ürəyinə salma həsrət daşını.
Toxtaqlıq ver öz-özünə bir qədər,
“Qurban olum sil gözünün yaşını”.

Daş fələyin, hökmü sənin, baş mənim,
Qoy yığıla gözlərimdə yaş mənim.
Varsa qəmin hamı ola, kaş, mənim,
“Qurban olum sil gözünün yaşını”.

Qüssə nədir, kədər nədir, qəm nədir,
Fərəh nədir, sevinc nədir, kəm nədir.
Ala gözlüm, gözlərində nəm nədir?
“Qurban olum sil gözünün yaşını”.


***

Yağma yağış, dərdlərimi oyatma,
Mən onları yatızdırdım bir təhər.
Göydən mənə damla-damla qəm atma,
Qoy dincəlim barı bir gün, bir səhər.

Yağma yağış, xırda-xırda ağlama,
Görmə rəva könlüm ola pərişan.
Yağma yağış, məni oyaq saxlama,
Mən onsuz da yata bilməm bircə an.

Yağma yağış, kövrəlirəm, doluram,
Hər bir damlan ürəyimdən süzülür.
Tək qalanda mən də yağış oluram,
Göz yaşlarım düzüm-düzüm düzülür.


***

Sənin həsrətinlə ağarır saçım
Hər günüm bənzəyiyir uğursuz ilə
Ayrılıq dərdindən mən hara qaçım
Qaça da bilmirəm bu dərd-qəm ilə.

Bir zaman dəli tək sevirdin məni\
Bu sevgi alışdı nə tez də söndü
Unuda bilərmi sevən sevəni
Nə səbəb ürəyin sərt buza döndü

Təklikdə inləyir sevən ürəyim
Bilmirdim sevgimiz bitəcək belə
Sən idin həyatım arzu-diləyim
Bu arzu-diləkdə qalıram hələ.



***
Sevgi nə deməkdir bilməziydim mən,
Allahın lütfüdür bu sevgi payi,
Gəlbimdə kədərsən, gözümdə nəmsən,
Sən oldun dilimiin qəmli harayi.

Əvəllər bilməzdim nədir məhəbbət,
Kədər keçirdirdmişəm hər günü, ayi,
Salmısan könlümə gəm, güssə, xəsrət
Sən oldun dilimin qəmli harayi.

Unuda bilseydim mən səni əgər
Sanardım Bu yoldan yoxdur savayi
Könlümə gözümə dolubdur kədər
Sən oldun dilimin qəmli harayi.
.

***
Ayrılıq yamanca üzdürdü məni,
Mən yenə qalmışam otağımda tək.
Gözlərim axtarıb tapmıyir səni,
Həsrətdən, ağlayir diləyir ürək.

Zindandır mənim üçün soyuq otağım,
Bogur göz yaşımda gəlbimi həsrət
Sanki ilahidan sönüb çırağım,
Içimdə çölümdə var qatı zülmət

Heyifki unudtun heyif ki gedtin,
Bəlkə də heç zaman sevməmisən sən.
Səbəb nə oldu ki mənı tərk etdin,
Suallar içində tək qalmışam mən.

***
Ilahi, gəl məni məndən al apar,
Qoşulub mən sənə qoy çıxıb-gedim.
Əzabdan sıxılan canımı qurtar,
Ağrılı-acılı ömrü tərk edim.

Həyatım əvvəldən bəllidir Sənə,
Çox çətin bir tale qismətim oldu.
Xoşbəxtlik payimı vermədin mənə
Ömrümün çiçəyi budağda soldu.

Bu payiz gecəsi gəl məni apar,
Dünyadan xəlvətçə biryolluq gedim
Yarpaqlar eləyir bir bir intihar
Həyatı yarpaq tək mən də tərk edim


***
Təklikdə qalmışam yenə bu axşam,
Yollara baxmaqdan yoruldu gözüm,
Həsrətim alovdur, mən də ki bir şam,
Nə səndə insaf var, nə məndə dözüm.

Nə olar tez qayit, darıxır ürək,
Otaqım elə bil zindana dönüb.
Qaranlıq içində oturmuşam tək
Sanki taleyimin ülkəri sönüb

Hər anım əziytət, hər anım əzab
Dustaqa döndərib məhəbbət məni,
Ahima, naləmə vermədin cavab,
Boğur göz yaşımda bu həsrət məni.

***
Mən səni görəndə tutulur dilim,
Deyəsi sözlərim gəlbimdə çoxdur
Məhəbbət bağında bitmədi gülüm
Bilirəm sevgiyə heç haqqım yoxdur.

Dözülməz əzaba nə gədər dözüm
Gözümü örtüklə bağlayır həsrət,
Buz təki donubdur gəlbimdə sözüm,
Bir yerdə qalmqa olmacaq qismət

Dustaqa döndərib məhəbbət məni.
Gəlb üçün bədənim olubdur zindan,
Mən nahaq salmışam gəlbimə səni,
Sən məni sevəsən etmirəm qüman

***

Məni məndən soruş, dərdlərim çoxdur.
Kim bilər onları məndən də yaxşı
İnan ki, heç kimin xəbəri yoxdur
Nə üçün tökülür gözümün yaşı.

Məni məndən soruş, kim deyər nədən
Mən yata bilmirəm səhərə qədər
Elə bil, qar yağıb başıma dən-dən
Soyuqdan gizlənib qəlbimdə kədər

Məni məndən soruş, gəl deyim sənə
Nədən narahatdı sinəmdə ürək
Bu sonsuz kainat dar gəlir mənə
Mən özüm-özümlə qalan zaman tək


***



Solur pəncərəmdə inci çiçəyim,
Yağışlı havada günəşsiz solur.
Təklikdə sızlayir sevən ürəyim,
Gəlbimə nədənsə qəm, kədər dolur.

Bilmirəm nədəndir bu qüssə, həsrət,
Göydəki buludlar canımı sıxır.
Otağımda mənəm bir da sükünət,
Üzümdən yağıştək göz yaşım axır.

Gecənin yarısı darıxdım yaman,
Yağış da bu yandan üzübdür məni.
Qəlbimdə mürgülər bir ümid, güman,
Seni gozleyirem,sevirem səni



***
Yuxuda görmüşəm bu gecə səni
Heç də istəməzdim açılsın səhər
Apardı cənnətə bu yuxu məni
O saat qəlbimdən yox oldu kədər.

Nə gözəl mənzərə-bir güllü çəmən,
Şəfəqlər saçırdı hər yerə günəş.
Bu ülvi aləmdə sən idin və mən
O şirin yuxuda qalaydım, ey kaş.

Oyandım, ayildım yuxudan səhər
O gözəl mənzərə, heyif, heç oldu,
Demirem yuxunu gormüşəm hədər
Amma bu sənsizlik qəlbimə doldu



Bu sevgi göylərə qaldırdı məni

Mən xoşbəxt olaram etmirdim güman,
Aylara dönürdü günlərin sayı.
Səni gözləyirdim zaman və zaman,
Tanrıdan diləyib məhəbbət payi.

Şükürlər edirəm indi Allaha,
Nə yaxşı yoluma göndərdi səni.
Mən tənha sanmıram özümü daha
Bu sevgi göylərə qaldırdı məni.

Gözümdən yox olub qəm, güssə, həsrət,
Ürəyim sevinir görəndə səni.
Gəlbimə dolubdur sevinc, saadət,
Bu sevgi göylərə qaldırdı mən

***
Qorxuram çağırsan eşitməyim mən,
Qulağım hər səsdə olsa da belə.
Yadıma düşəndə hər dəqiqə sən,
Gözümdən süzülür yaş gilə-gilə.

Qorxuram gözümdən qaçırdım səni,
Gözlərim yollarda qalsa da belə.
İzlərəm hər yoldan ötüb-keçəni,
Səndənsə bir nişan görünmür hələ.

Qorxuram bir zaman itirim səni,
Həmişə sevməyə söz versən belə.
Tərk etməz bilirəm sevən sevəni,
Yenə də qorxuram mən bilə-bilə.


**
Sal məni yadına günəş batanda,
Qaranlıq düşəndə xatırla məni
Bir payiz axşamı yağış atanda
Mən də düşünürəm həsrətlə səni.

Sal məni yadına aydın bir səhər,
Bülbülün səsindən oyanıb erkən.
Darıxma, əzizim, darıxma hədər,
Hər zaman səninlə olacağam mən.


Sal məni yadına tənha qalanda,
Gəlbinin qonağı olanda kədər
Hər dəfə yadına məni salanda
Bil ki sevinirəm dünyalar gədər

***

Gəlbimdə bir arzu, bir ümid, dilək.
Nəhayət bu gün mən görəcəm səni.
Yol boyu sinəmdə titrəyir ürək.
Bu yollar yanına aparır məni.

Gözlərim görməyir sevincdən bu an
Seçmirəm mən artıq yoldan keçəni,
Sevinir ürəyim, sevinir yaman
Bu yollar yanına aparır məni.

Min şükür edirəm, İlahi, Sənə,
Nəhayət görəcək sevən sevəni,
Çox xoşbəxt bir günü bəxş etdin mənə
Bu yollar yanına aparır məni.

**

Sən gəmli olanda kövrələrəm mən,
Yaz dönər payıza, gülüm, gülməsən.
Ayrılıq görünər saçımda dən-dən,
Saniyə bir əsrə dönər gəlməsən.

Olaram əl-qolu bağlı bir əsir,
Aylarım olar il, illərim əsir,
İndidən ürəyim həsrətdən əsir,
Saniyə bir əsrə dönər gəlməsən.

Çevrilər hər anım zülmətə sənsiz,
Sanaram düşmüşəm qürbətə sənsiz.
Bəlkə də dözmərəm həsrətə sənsiz,
Saniyə bir əsrə dönər gəlməsən.



***
Gözlərim yol çəkir, sızlayır ürək,
Həsrətin yamanca üzübdür məni.
Son günlər olmuşam bir az da kövrək,
İstərəm hər bir an yanımda səni.

Hər zaman yadımda, xatirimdəsən,
Səhər də, axşam da xəyalımdasan.
Mənim daxilim də, zahirim də sən,
Nə fərqi cənuvda, şimalımdasan!?

Günəş həm çıxanda, həm də batanda,
Səni düşünürəm, səni anıram.
Gündüzüm tək-tənha sona çatanda,
Sənsizlik odunda təkrar yanıram.

Kədərli həyatım zülmətdən betər,
Könlümün sirdaşı olubdu həsrət.
Gəl-çıx ki, dağılsın başımdan kədər,
Qərq olum sevincə mən də nəhayət.

* * *


Həsrətdən üzülür, sızlayır ürək,
Kövrəyəm, bir az da oluram kövrək.
Qalanda üz-üzə xəyalımla tək,
Məni arzularım qanadlandırır.

Aşiqəm, ümidlər yaşadır məni,
Bilirəm görəcək sevən sevəni.
Sevgi qanadında taparam səni,
Məni arzularım qanadlandırır.

Soyuq qış dönəcək güllü bir yaza,
Əlvida deyəcək Günəş ayaza.
Təbiyyət özünü qoyacaq naza,
Məni arzularım qanadlandırır.

* * *


Gözlərində gördüm kədər,
Kədərlisən, məncə, hədər.
Ağlamağın artıq yetər,
Dünya dəyməz göz yaşına.

Taleyimiz oldu acı,
Dərdimizin yox əlacı.
Yanağında donub damcı,
Dünya dəyməz göz yaşına.

Fələk bizi verdi yelə,
Göz yaşımız döndü selə.
Bəxti yazan yazıb belə,
Dünya dəyməz göz yaşına.

Bulud kimi ürək doldu,
Payız kimi ömür soldu.
Keçən-keçdi, olan-oldu,
Dünya dəyməz göz yaşına.

Hər bir budaq açır çiçək
Saplağ-sapıağ, ləçək-ləçək,
Bahar gəlir, sevir ürək
Dünya dəyməz göz yaşına

**

Sən məni ötürmə, gedərəm özüm,
Kədərli baxışdan üzülər ürək.
Dayansam ,yenə də dolacaq gözüm,
Göz yaşım üzümdə donacaq buz tək.

Çox arxamca baxma ,qoy gedim rahat,
Son vida, son sözlər nəyinə gərək.
Ayrılıq zamanı yetişdi, heyhat,
Mənim istəyimcə deyil bu istək.

Mən çıxıb-gedirəm ötürmə məni,
Ayrılıq vüsala aparan bir yol.
Yaxın bir zamanda görərəm səni,
Mən dönüb gəlincə sən salamat ol.

***
Həsrətində idim uzun bir zaman,
Qəlbimi sənsizlik üzürdü yaman.
Nəhayət yetişdi gözlədiyim an,
Bu qış gözümüzdə yaşı qurutdu.

Sanki, bir bahardı, bir yaydı bu qış,
Nə güclü qar yağdı, nə güclü yağış.
Bəxş etdin sən mənə isti bir baxış,
Bu qış gözümüzdə yaşı qurutdu.

Vüsalın yanında əridi hicran,
Durarmı soyuqla isti yanbayan!?
Eşitdi səsimi ulu Yaradan,
Bu qış gözümüzdə yaşı qurutdu.


***

Günəşsiz oyandım yenə bu səhər,
Dəhşətli bir yuxu görmüşəm gecə.
Qəlbimi bürüdü həyəcan, kədər,
Bilmədim təskinlik tapacam necə.

Yuxuda gördüm ki, sevgimiz bitib,
Yarmın ürəyi sərd buza dönüb.
O məni tərk edib, gözümdən itib,
Baharım qış olub, ocağım sönüb.

Canımdan üşütmə keçdi həmin an,
Xəyallar, arzular sanki puç oldu.
Yuxudan oyandım elə bu zaman,
Gəlbimə şübhələr yağıştək doldu.

***
Nə olar oyatma məni bu səhər,
Bu günün qonağı olsun sükünət
Oyansam, gəlbimə dolacaq kədər
Yuxuda boğulsun əzablı həsrət.

Bu gün qalacayam yenə də sənsiz,
Dörd divar sıxacaq partlasın ürək.
Çox qalmaz hicranda sevən sevənsiz
Bu acı hicrana mən dözəm gərək.

Sən məni oyatma, dincəlsin canım,
Yuxular qoynunda qoy yatsın həsrət.
Bir əsrə çevrilir sənsiz hər anım,
Əsirə döndərir məni məhəbbət.

***
Qəlbimdə min arzu-dilək,
Eşqin ilə açır çiçək.
Nə qədər ki, vurur ürək,
Daim sənə möhtac olum.

Dərdim-qəmim qucaq-qucaq,
Yoxdu mənə arxa-dayaq.
Bir-birindən düşdük uzaq,
Daim sənə möhtac olum.

Ömrüm-günüm əziyyətdə,
Mərd aşiqəm sədaqətdə.
Bizim bu saf məhəbətdə,
Daim sənə möhtac olum.

***
Həqiqi aşiqsən, edirdim güman,
Saf sevgi yerinə mən gördüm yalan,
Yalan məhəbbətdən usandım inan,
Hissim, duyğularım yox olub-getdi,
Bağlandı pərdələr tamaşa bitdi.

Qəlbimdə sakitlk, boşluq, toranlıq,
Gözümdə hər tərəf, zülmət, qaranlıq.
Yerimdə qurudum əvvəl bir anlıq,
Eşqim, səadətim məni tərk etdi,
Bağlandı pərdələr tamaşa bitdi.

Rolunu çox gözəl numaiş etdin,
Sevdirdin özünü sonra da getdin.
Sən məni atmaqla arzuna yetdin,
Əhdin, etibarın olmadı ciddi,
Bağlandı pərdələr tamaşa bitdi.

***
Yenə də ayrılıq, yenə də həsrət,
Yenə də işgəncə, yenə də dəhşət.
Yenə otağımda hökm edən zülmət,
Mənim ürəyimə kədər salacaq,
Bu gecə ümidlər yetim qalacaq.

Tənhalıq yenə də üzəcək məni,
Yenə də gözlərim gəzəcək səni.
Yenə yad edəcəm olub-keçəni,
Təklikdə xəyallar gültək solacaq.
Bu gecə ümidlər yetim qalacaq.

Ürəydən sevənlər bir-birin anlar,
Eşqin əzabına yox deməz onlar.
İllərə çevrilən bu sənsiz anlar,
Mənim saçlarıma dən-dən dolacaq,
Bu gecə ümidlər yetim qalacaq.

****

Bu dünyadan çıxıb-getsəm,
Ürəkləri sıxıb-getsəm,
Səni göydən yıxıb-getsəm,
Gözündən yaş tökəcəksən,
Həsrətimi çəkəcəksən.

Ayrılığa dözə bilsən,
Ayaq üstə gəzə bilsən.
Köhnə eşqi təzə bilsən,
Gözündən yaş tökəcəksən,
Həsrətimi çəkəcəksən.

Zaman-zaman gələndə yaz,
Üşüdəndə səni ayaz.
Qızlar sənə edəndə naz,
Gözündən yaş tökəcəksən?
Həsrətimi çəkəcəksən?




***50


Yenə dərdlərimi oyadır yağış.
Göydəki buludlar canımı sıxır.
Yadıma düşəndə doğma bir baxış,
O zaman yağış tək göz yaşım axır.

Yenə ürəyimi bürüdü kədər.
Xəyallar xəzən tək saralır, solur.
Ayrılıq ömrümə damcılar zəhər,
Şübhələr gəlbimə yağış tək dolur.

Uzağa aparır arzumu külək,
Ağacdan ayrılan bir yarpaq kimi.
Ağlayir, sızlayir təklikdə ürək
Közərir sönəcək bir çıraq kimi

**
Sənim məhəbbətin səmimi, təmiz,
Yenidən qaytardı həyata məni.
Sənin məhəbbətin hədsiz bir dəniz,
Yadımdan çıxartdı olub-keçəni.

Sən mənə bəxş etdin gözəl bir həyat,
Fərəhsiz günləri eylədin əlvan.
Əzaba dönürdü sənsiz hər saat,
Mən xoşbəxt olaram, etmirdim güman.

Bu da bir təsadüf, bu da bir qismət,
Nə yaxşı həyatda sənə rəst gəldim,
Qəlbimdən silindi qəm-qüssə, həsrət,
Xoşbəxtlik sirrini mən indi bildim.

**

Yenə kədərliyəm, əlimdə qələm,
Varaqlar üstünə sözlər düzülür.
Könlümü sıxdıqca həsrət dolu qəm,
Göz yaşım sətirdən-sətrə süzülür.

Yenə üz-gözümdən qəm seli axır,
Misralar üstünə tökülür damcı.
Puç olmuş arzular gəlbimi sıxır,
Xəyallar həm şirin, həm də ki, acı.

Ağ kağız üstünə yazdım dərdimi,
Varaqlar birazdan sözlə dolacaq.
Sızlayan ürəkdən pozdum dərdimi,
Yenidən qoy olsun hər nə olacaq.

***
Bilmirəm nə gədər dözəcək ürək,
Bu gecə tək qalıb çox ağlamışdım.
Deyəsən puç oldu bir ümid, istək –
Bir ülvi görüşə bel bağlamışdım

Bildirə bilmədim halımı sənə
Özümü vüqarlı, mərd saxlamışdım
Dərd verməz heç zaman sevən sevənə
Bir ülvi görüşə bel bağlamışdım

Dözməkdən savayı yoxdur əlacım,
Fikirdən yorulub yuxulamışdım
Məni məcbur etmə sənə əl açım
Bir ülvi görüşə bel bağlamışdım

***


Ayrılıq qəmindən bezmişəm yaman,
Sənsizlik zülm edir günbəgün mənə.
Həddini aşdıqca qəm-qüssə, inan,
Sənə bağlanıram mən gündən günə.

Sevirəm deməkdən yorulmur dilim,
Bəs sənin sevgini mən nədən bilim?
Ah ilə bəzənib sənsiz mənzilim,
Sənə bağlanıram mən gündən günə.

Qəlbimi çalmısan məndən xəbərsiz,
Oğurluq etmisən səssiz-səmirsiz.
Son günlər olsam da xeyli səbirsiz,
Sənə bağlanıram mən gündən günə.

***
Sən mənim xətrimə dəyirsən yaman,
Yaz dönür payiza həmin bu zaman.
Mən layiq deyiləm sərtliyə inan,
Hər acı sözündən ürək üzülür,
Eşq adlı buluddan damla süzülür.

Nə üçün bu gədər olursan qəddar,
Mən ruhdan düşürəm sərt olursa yar.
Bu geniş dünya da olur mənə dar,
Ağacda yarpaqlar, güllər büzülür,
Eşq adlı buluddan damla süzülür.

Kifayət deyilmi incitdin məni,
Unuda bilərik olub-keçəni.
Həmişə bağışlar sevən sevəni,
Dilimdən ümidli sözlər düzülür.
Eşq adlı buluddan damla süzülür.

***

Yenə ürəyimə doldu qəm-kədər,
Yenə də düşmüşəm ümidsiz hala.
Yenə də ağlaram, yəqin ki, hədər,
Gözlərim kör oldu baxmaqdan yola.

Görüş ümidiylə yaşadım əbəs,
Aldatdım özümü, etdim xam xəyal.
Baharı soyuq qış eylədi əvəz,
Zülümkar hicrana yer verdi vüsal.

Ümidlər tədricən tərk edir məni,
Qəlbimə şübhələr toz kimi qonur.
Qarlı qış titrədir çölü, çəməni,
Sənin ürəyin də buz kimi donur.

***

Mənim şad günümdə tək qoydun məni,
Gözümdən axan yaş. Budur hədiyyə?
Bu qədər biganə bilməzdim səni,
Xəyanət eylədin təmiz sevgiyə!

Yolunu gözləim, yəqin ki, əbəs,
Şirin xəyallarım puç oldu-getdi.
Qəlbim tənhalığa olubdur qəfəs,
Həsrətdən varlığım heç oldu-getdi.

Tanrıma yalvardım aparsın məni,
Bu gözəl qış günü, qarda, boranda.
Təbiyyt yırtarkən yazda kəfəni,
Dünyadan köç edim mən də o anda.

***

Olduqca sərt idi bu ilin qışı,
Üzümdə donurdu gözümün yaşı.
Soyuqluq etmə, tök ətəkdən daşı,
Əzizim, dönməyək buz qəfəsinə,
İsinsin sevgimiz yaz nəfəsinə.

Bu soyuq günlərdə gözlədim səni,
Ayrılıq qüssəsi üşütdü məni.
Gəlsənə unudaq ötüb-keçəni,
Haçandır möhtacam sənin səsinə,
İsinsin sevgimiz yaz nəfəsinə.

Qarlı qış bitəcək gələcək bahar,
Torpaq oyancaq əridikcə qar.
Novruzda tonqallar odlanıb-yanar.
Alışsın eşqimiz od həvəsinə,
İsinsin sevgimiz yaz nəfəsinə.

....
***
Bahanə axtarma, istəyirsən get,
Nə deyə bilərəm – sənə yaxşı yol.
Nə olar, dinmədən sən məni tərk et,
Əgər bacarırsan, mənsiz xoşbəxt ol.

Gedirsən dayanma bu yol, bu da sən,
Geriyə dönərsən, eyləmə güman.
Düşərsən yadıma darıxanda mən,
Səni unutmaram keçsə də zaman.

Uzatmaq əbəsdir ayrılıq dəmin,
Dayanmaq, ləngimək ta nəyə gərək.
Qoy qalsın mənimçün kədərin, qəmin,
İstərəm sinəmdə partlasın ürək.


***

Bir daha dərdimi demərəm sənə,
Bu axşam qalıram kədərimlə tək.
Yaş dolur gözümə, sıxılır sinə,
Az qalır sinəmdə partlasın ürək.

Sənə söyləməyə var idi sözüm,
İstədim danışım, qoymadın məni.
Tutuldum, dinmədim, yaşardı gözüm,
Bu qədər biganə bilməzdim səni.

Ümidim kəsildi səndən həmin an,
Özümü lazımsız tənha hiss etdim.
Gələcək dərdimin sonu bir zaman,
Bir gün görəcəksən dünyadan getdim.




**

Mənə fırça verin, bir rəsim çəkim,
Rəngbərəng boyadan gətirin mənə.
Ağ kağız üstündə dərdimi əkim,
Göyərib sinəmdə qüssə-qəm yenə.

Mənə varaq verin, boşalsın içim,
Köçürüm qəlbimi boğan həsrəti.
Şəkil çəkən zaman göz yaşı içim,
Danışım dünyaya bu hekayəti.

Qoy çıxsın qəlbimdən bu qüssə, bu qəm,
Məni birdəfəlik tərk etsin kədər.
Qurusun nəhəyat üzümdəki nəm,
Oturub boş yerə ağlamaq yetər.


***

İlahi, hər səhər üz tutub göyə,
Oturub diz üstə yalvarram sənə.
Bilmirəm dünyaya gətirdin niyə,
Bir ömür qəm-qüssə bəxş etdin mənə.

Qəlbimdə hər zaman şimşəklər çaxır,
Dilimdir naləmin geniş məskəni.
İlahi, göz yaşım sel kimi axır,
Ağlamaq üçünmü yaratdın məni?

İlahi, canımı əzabdan qurtar,
Ağladıb incitmə səni sevəni.
Bu bədbəxt bəndəni tezliklə apar,
Ya da bir balaca xoşbəxt et məni.

***

Rəhm eylə sən Allah, dindirmə, gülüm,
Oyatma qəlbimdə yatan kədəri.
Nədənsə istəməm danışsın dilim,
Onsuz da dərdimin yoxdur qədəri.

Dərdimi danışsam qurtarmaz sözüm,
Üst-üstə yığılıb qəlbimdə dərd-qəm.
Gəl rəva bilmə ki, yaşarsın gözüm,
Təzəcə quruyub üzümdəki nəm.

Danışsam ürəyin dözməz, üzülər,
Səbr ilə dinləyə bilməzsən məni.
Göz yaşım hələ ki, qəlbə süzülər,
Qoy susum, pərişan etməyim səni.


dervish
Сообщения: 6452
Зарегистрирован: 12 мар 2010, 15:23
Я: Альфа и Омега
Благодарил (а): 12 раз
Поблагодарили: 3 раза
Gender:
Азербайджан

#2 Re: Məhəbbət yolçusu

Сообщение dervish »

это Ваши стихи?


Прощение это аромат, который дарит цветок, когда его топчут.
LadyN
Сообщения: 19
Зарегистрирован: 26 сен 2012, 23:00
Я: человек

#3 Re: Məhəbbət yolçusu

Сообщение LadyN »

Dervish писал(а):это Ваши стихи?
да мои


dervish
Сообщения: 6452
Зарегистрирован: 12 мар 2010, 15:23
Я: Альфа и Омега
Благодарил (а): 12 раз
Поблагодарили: 3 раза
Gender:
Азербайджан

#4 Re: Məhəbbət yolçusu

Сообщение dervish »

красиво.
Вы Наиля Шахверди?


Прощение это аромат, который дарит цветок, когда его топчут.
LadyN
Сообщения: 19
Зарегистрирован: 26 сен 2012, 23:00
Я: человек

#5 Re: Məhəbbət yolçusu

Сообщение LadyN »

Dervish писал(а):красиво.
Вы Наиля Шахверди?
да


Аватара пользователя
Мишуля
Сообщения: 13450
Зарегистрирован: 13 май 2010, 10:02
Я: Бегущая по волнам
Поблагодарили: 9 раз

#6 Re: Məhəbbət yolçusu

Сообщение Мишуля »

Yuxuda gördüm ki, itirdim səni,
Bu gözəl dünyanı sən də tərk etdin.
Həyat yollarında tək qoyub məni,
Bilmədim nə səbəb çıxıb da getdin.

Elə bil dayandı bir an ürəyim,
Həmin an hər tərəf qaranlıq oldu.
Ayağım altında torpaq da yandı,
O saat qəlbimə göz yaşı doldu.

Oyandım yuxudan sevindim yaman,
Sevindim yuxudur gördüyüm dəhşət.
Nə bu gün, nə sabah, nə də heç zaman,
Gəlməsin yuxuma qorxulu həsrət.
Супер!!!


«Берегите в себе человека!»А.П.Чехов.
Ответить

Вернуться в «Литература»